Portal:Teatr

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
redaktə  

"Həyat bir səhnədir, teatrdan fərqli olaraq burada hər kəs özünü oynayır "

Üçüncü zəng çalınır, pərdə qalxır...

Teatr portalına
Xoş Gəlmişsiniz!


redaktə  

Pyeslər

Şeyx Sənan — Şeyx Sәnan böyük bir şəxsiyyət kimi sayılır, seçilir, müəyyən bir kütləyə rəhbərlik edərək Kəbəyə yola düşür, məqsəd isə islamı ayaqda saxlamaqdır. Eyni zamanda qadından qorxan Sənan hər bir şərin səbəbini qadında görür. Səbəb isə qadınları sevməməyi deyil, əksinə qadın qarşısında acizliyidir. Tiflisdə yuxusunda gördüyü gürcü qızı Xumara rast gəlir. Xumara görə o dinindən, əqidəsindən, məqsədindən, yoldaşlarından üz döndərir. Xumar isə Sənana görə ölüm ayağında anasına verdiyi andı pozur. O söz vermişdi ki, ərə getməyəcək, monastıra yerləşəcək.


redaktə  

Rejisorlar

Hüseynqulu Məlik oğlu Rzayev (Sarabski) (20 mart 1879, Bakı — 2 fevral 1945, Bakı) — opera müğənnisi (lirik tenor), aktyor, rejissor, pedaqoq, teatr xadimi, Azərbaycanın xalq artisti (1932). Azərbaycan professional musiqi teatrının banilərindən biri. 1908-ci ildən "Nicat" cəmiyyəti nəzdində "Müsəlman Opera truppası"nın yaradıcılarından biri və solisti olmuşdur. Məcnun ("Leyli və Məcnun"), Şeyx Sənan ("Şeyx Sənan"), Kərəm ("Əsli və Kərəm"), Sərvər ("O olmasın, bu olsun"), Şah İsmayıl və b. partiyaların ən yaxşı ifaçılarından biri olmuşdur. XX əsr Azərbaycan milli musiqi mədəniyyətinin parlaq şəxsiyyətləri sırasında öz yeri, öz mövqeyi olan sənətkar. Adı əsrin yeniləşən, dəyişən, müasirləşən sənət aləminin simvollarından birinə çevrilən, əsrin səsinə səs verən, tarixi yaradan sənət fədailərindən biri. O, səhnəmizin əfsanəvi Məcnunudur. Sənətini musiqi incisi – "Leyli və Məcnun" zirvəsindən başlayan Hüseynqulu Sarabski bütün ömrünü bu zirvənin məsuliyyətini, onun ucalığını dərk edərək yaşamış, sənətinə, peşəsinə vurğunluğu ilə nəsillərə nümunə olmuş və olacaqdır.


redaktə  

Aktyorlar

Leyla Bədirbəyli — Azərbaycanın görkəmli teatr xadimi; Azərbaycan SSR xalq artisti (1959). SSRİ (1946) və Azərbaycan SSR (1972) Dövlət Mükafatları Laureatı. 1937–1942 illərdə Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olmuş, 1942–1975 illərdə Azərbaycan Akademik Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. Leyla Bədirbəyli 8 yanvar 1920-ci ildə Bakıda dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub. 1918-ci ildə bacıları ilə birlikdə Gəncəyə, oradan isə Bakıya qaçırılan Bikə xanımın o zaman 12-13 yaşı vardı. Leyla uşaqlığını İçərişəhər dəki evlərində keçirmişdir. Anası Bikə xanım Əli Bayramov klubuna-qadınların dərnəyinə gedirdi. Qızını da özü ilə aparırdı. Leylanın incəsənət ə marağı da o vaxtdan yaranmağa başlayır.


redaktə  

Teatrlar

Vyana Dövlət Operası (alm. Wiener Staatsoper‎), 1918 ci ilə kimi Vyana Saray Operası, 27 sentyabr 1938 ci ildən Vyana Dövlət Operası— Avstiyada ən böyük opera binası. 1861 ci ildə Vyana Şəhərsalma Fondunun sifarişi ilə memarlar alm. August Sicard von Sicardsburg‎, alm. Eduard van der Nüll‎ tərəfindən inşaasına başlanılaraq,25 may, 1869 cu ildə bitirilmişdir. Açılış günü səhnəsində Volfqanq Amadey MosartınDon Juan” operası oynanılmışdır. 1 may — 31 may, 1945 ci illərdə opera alm. Opernhaus der Stadt Wien – Wiener Staatsopernensemble‎ — “Vyana Şəhər Operası – Dövlət Opera Ansambılı” adlandırılmışdır.

Vienna state opera stairs.jpg
Vyana Dövlət Operası


redaktə  

Təqvim

Sentyabr


redaktə  

Dramaturqlar

Məmmədquluzadə Cəlil Hüseynqulu oğlu (22 fevral 1866, Naxçıvan – 4 yanvar 1932, Bakı), yazıçı, dramaturq, jurnalist, ictimai xadim. Böyük satirik,ədib Cəlil Məmmədquluzadə məşhur "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri,kiçik hekayə ustası,qüdrətli dramaturq və publisistdir. Cəlil Məmmədquluzadə 10 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində almışdır. 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmiş, İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd), Nehrəm kəndlərində müəllimlik etmişdir (1887–1897). Kəndlərdə müəllim işlədiyi illər ədibin gələcək yaradıcılığı üçün zəngin material vermişdir. 1889-cu ildə yazdığı "Çay dəstgahı" alleqorik mənzum dramı onun ilk əsərlərindəndir. Bir sıra kiçik hekayələrini, "Kişmiş oyunu" komediyasını və "Danabaş kəndinin əhvalatları" (1894; 1936 ildə nəşr olunmuşdur) povestini də bu dövrdə yazmışdır.


redaktə  

Şəkil qalereyası


Die Fledermaus 1.jpg
Yarasa, İohann Ştraus Pittsburq Opera Teatrı, 200


Teatr Vikixəbərdə  Teatr Vikisitatda  Teatr Vikikitabda  Teatr Vikimənbədə  Teatr Vikilüğətdə  Teatr Vikiversitetdə  Teatr Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar